Yuxarı

Daha bir futbol klubu bağlanır? – Rəsmi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gündən etibarən bəzi mətbu orqanlarda guya “Səbail” klubunun fəaliyyətinin dayandırılması, futbolçuların komandadan kənarlaşdırılması ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılmaqdadır.

Axar.az xəbər verir ki, bunu Bakının “Səbail” futbol klubunun icraçı direktoru Ramin Həsənov deyib.

O, Topaz Premyer Liqasının bürünc mükafatçısının fəaliyyətini dayandırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. R. Həsənovun sözlərinə görə, bu məlumatlar həqiqətə uyğun deyil: “Bəli, həqiqətən də, iyulun 22-də “Səbail”də klubdaxili iclas keçirilib. Burada qeyri-adi nəsə axtarmağa gərək yoxdur. Çünki istənilən klubda bu cür iclaslar vaxtaşırı keçirilə bilər və keçirilir də. Futbolçularla ötən mövsümün yekunları, Avropa Liqasında keçirilmiş oyunlar barədə söhbətimiz olub, digər cari məsələlər barədə müzakirələr aparılıb. Komanda üzvlərinin diqqətinə çatdırılıb ki, ödənişlərdə müəyyən gecikmələr var və mövsüm ərzində bu cür halların yaşanacağı istisna olunmur. Lakin klub hər bir futbolçu qarşısında üzərinə düşən öhdəliyi yerinə yetirəcək”.

Komanda rəsmisi klubun mətbuat xidmətinə açıqlamasında məşqçi heyəti və futbolçulara bu barədə danışmağın qadağan olunduğunu da deyib: “Təəssüf ki, ya iclasda iştirak edən və bu məlumatı ictimailəşdirən bəzi şəxs və ya şəxslərin səhv təqdimatı, ya da bəzi mətbu orqanlarda yanlış anlaşılma ucbatından məsələnin həqiqətə uyğun olmayan interpretasiyası ilə rastlaşırıq. Ötən gündən bəri yayılmış söz-söhbətlərin, spekulyativ informasiyaların olmaması üçün klubumuzun məşqçi və futbolçu heyətinə bildirmişik ki, bu məsələ ilə bağlı açıqlama verməsinlər. Çünki hər hansı yanlış ifadə sonda klubla bağlı həqiqətə uyğun olmayan məlumatların vüsət almasına gətirib çıxarır.

Birmənalı şəkildə bəyan edirəm ki, klubun fəaliyyətini dayandırması və ya dağılması barədə deyilən və yazılanların heç bir əsası yoxdur. “Səbail” böyük tarixə malik klub deyil. Lakin qısa fəaliyyət müddəti ərzində müəyyən nəticələrə nail olmağı bacarmış klubdur. “Səbail”in ötən mövsüm bürünc medal qazanması və Avropa Liqasına vəsiqəni təmin etməsi kifayət qədər uğurlu nəticədir. Amma bu müvəffəqiyyət başgicəlləndirici effekt yaratmamalı, bizi eyforiyaya salmamalıdır”.

R. Həsənov bildirib ki, uzunmüddətli strateji məqsədlər uğrunda çalışmağı hədəfləyiblər: “Klubumuzda çox yaxşı uşaq-gənclər akademiyasının yaradılması istiqamətində işlər görülür. Böyük təcrübəyə malik hollandiyalı mütəxəssis akademiyanın fəaliyyətinə rəhbərlik edir. Yəni əsas məqsədlərimizdən biri “Səbail” futbol akademiyasının müasir tələblər və standartlar əsasında fəaliyyətini təmin etməkdir. Digər vacib məsələ Premyer Liqada rəqabətədavamlı kollektivin olmasıdır. Düşünürəm ki, bu potensialımız da var. Üçüncü vacib istiqamət isə “Səbail”in əsas komandasının heyətində yerli və gənc futbolçuların çıxışına daha çox şəraitin yaradılmasıdır. Bununla, eyni zamanda, Azərbaycan milli komandalarının heyətinə cəlb olunacaq futbolçularla bağlı seçim imkanını genişləndirə bilərik. Bir faktı qeyd edim ki, UEFA Avropa Liqasında keçirdiyimiz hər iki oyunda start heyətində yerli futbolçuların sayı legionerlərdən çox olub. Bakıdakı oyunda “ilk 11-lik”də 6, səfər qarşılaşmasında isə 7 yerli futbolçu meydana çıxıb. Bu, bizi çox sevindirir. Əlbəttə, bütün bu proseslərdə legioner futbolçuların da öz yeri və payı olacaq. Lakin gələcəyə hesablanmış strategiyamıza uyğun olaraq, legioner futbolçuların sayının çox olmasını planlaşdırmırıq. Heç indi də “Səbail”in heyətində legionerlərin sayı çox deyil”.

O, “Səbail”in uzunmüddətli strateji yanaşma olaraq 3 əsas istiqamət üzrə fəaliyyətini davam etdirəcəyinə və qarşıya qoyulan hədəflərə çata biləcəklərinə ümidvar olduğunu vurğulayıb.

Tarix
2019.07.24 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

COP29-un bağlanış iclası: ikinci hissə keçirilir - Canlı

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla