Yuxarı

"Neftçi" - "Arsenal" matçının hakimləri məlum oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Neftçi" - "Arsenal" matçının hakimləri məlum oldu

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Arsenal” matçının təyinatları açıqlanıb.

Axar.az xəbər verir ki, oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb. Oyunu Alan Mario Sant idarə edəcək. Ona Edvard Spiteri və Roberto Vella yardımçı olacaq. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi qazaxıstanlı Kuanış Kanapyanov, hakim-inspektoru finlandiyalı Mika Peltola olacaq.

Qeyd edək ki, avqustun 1-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Arsenal” oyunu saat 21:00-da başlayacaq. Rusiyadakı ilk oyunda flaqman 1:0 hesablı qələbə qazanıb.

Tarix
2019.07.26 / 14:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın səfər proqramı: Şuşaya gedəcək - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

Ərdoğan Azərbaycana yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla