Yuxarı

"Qarabağ"la matçda gülən mən olacam - Doll

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"la matçda gülən mən olacam - Doll

Qarabağ”la avqustdakı matçımız final əhəmiyyətli idi. Bu gün də xala ehtiyacımız var. Nə etməli olduğumuzu bilirik.

Axar.az xəbər verir ki, bu fikri Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ”a qarşı Bakıda keçirəcəkləri oyunöncəsi təşkil olunmuş mətbuat konfransında söyləyib.

Almaniyalı mütəxəssis bildirib: “Təkcə taktiki cəhətdən yaxşı oynamaq kifayət etmir, ürəyimizi qoymağa gəlmişik. Burada xal qazanacağımıza inanırıq. Oyuna çox gözəl hazırlaşmışıq. Matçın əhəmiyyətini yaxşı bilirik. “Qarabağ”la son matçda qələbə qazanmağı bacarmışdıq. Bu oyun üçün yaxşı işləyən planımız olmalıdır”.

Tomas Doll “Avqustda Bakıya gələndə gülərüz görünürdünüz, bu gün isə qayğılı insana bənzəməyinizin səbəbi nədir?” sualına belə cavab verib: “Uzun yol gəlmişik, yorğunluq var. Bunun matçla əlaqəsi yoxdur. Sabahkı oyundan sonra gülən mən olacağam, narahat olmayın. Heç bir görüşdən əvvəl neqativ düşünmək olmaz. Həyatda da belədir. Neqativ yox, pozitiv düşünməliyik”.

Xatırladaq ki, oktyabrın 24-də keçiriləcək oyun saat 20:55-də başlayacaq.

Tarix
2019.10.24 / 00:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla