Yuxarı

Bu, Azərbaycanla oyunda çıxışımıza təsir edə bilər - Hapal

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Azərbaycanla oyunda çıxışımıza təsir edə bilər - Hapal

Ötən oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq. Robert Mak qırmızı vərəqə aldığı üçün oynamayacaq. Amma qalan oyunçular meydana çıxmağa hazırdırlar. Sabah Azərbaycanla matçda yalnız qələbə haqqında düşünürük.

Report xəbər verir ki, bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal Avro-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis optimist olduğunu vurğulayıb: "Uelsdəki görüşün nəticəsi bizim üçün çox önəmlidir. İnanmalıyıq ki, qrupumuzdakı digər oyun heç-heçə yekunlaşa bilər. Çünki matç Uels və Macarıstan üçün çətindir. Rəqiblər qapılarını toxunulmaz saxlamağa cəhd edəcəklər. Xorvatiya ilə qarşılaşmada bəxt bizim tərəfimizdə deyildi. Ümid edirəm ki, Uels-Macarıstan duelində bəxt bizə güləcək. Çünki pis xəbər almağımız Azərbaycanla oyundakı çıxışımıza təsir edə bilər. Bugünkü məşqdən sonra dəqiq biləcəyik, bəlkə də, hansısa futbolçu yorğun ola bilər. Mütləq qələbə qazanmalıyıq".

Məşqçi Azərbaycan yığmasında bəzi dəyişikliklər olduğunu söyləyib: "Bakıdakı oyunla müqayisədə Azərbaycan millisinin oyununda müəyyən dəyişikliklər görünür. Biz matça ciddi yanaşmalı və maksimum gücümüzü ortaya qoymalıyıq".

Qeyd edək ki, sabah Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək Slovakiya-Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Tarix
2019.11.18 / 20:26
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla