Yuxarı

Türkiyə-Azərbaycan matçının yeri və vaxtı açıqlandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə-Azərbaycan matçının yeri və vaxtı açıqlandı

UEFA Avro-2020-nin final mərhələsinin iştirakçılarının turniröncəsi yoldaşlıq matçlarının təqvimini açıqlayıb.

Axar.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək yığmaların da yoxlama görüşlərinin vaxtı və yeri bəlli olub.

Türkiyə millisi Avropa çempionatının startına kimi 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Martın 27-də Lyublyanada Sloveniyanın qonağı olacaq "ay-ulduzlular" 3 gün sonra Vyanada Avstriya seçməsi ilə üz-üzə gələcəklər. Şenol Güneşin baş məşqçi olduğu kollektiv növbəti yoldaşlıq görüşlərini may və iyun aylarında keçirəcək. Mayın 26-da Antalyada Azərbaycan millisi ilə qarşılaşacaq türklər iyunun 1-də Osiekdə Xorvatiya yığması ilə oynayacaq.

İsveçrə seçməsi martın 26-da Dohada Xorvatiya, 30-da Belçika, mayın 31-də Bazeldə Almaniya, iyunun 4-də isə Lixtenşteyn millisi ilə qarşılaşacaq.

Uels millisinin isə hələlik 2 rəqibi müəyyənləşib. Britaniyalılar martın 27-də Suonsidə Avstriya, 3 gün sonra isə Kardiffdə ABŞ seçməsi ilə yoldaşlıq oyununda üz-üzə gələcəklər.

Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.

Tarix
2020.02.18 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla