Yuxarı

"Sportinq" "Başakşehir"ə heç bir şans vermədi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sportinq" "Başakşehir"ə heç bir şans vermədi

Fevralın 20-də futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinə start verilib.

Axar.az xəbər verir ki, Türkiyənin turnirdə yeganə təmsilçisi “Başakşehir” səfərdə ötən il liqanın qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın “Sportinq” komandasının qonağı olub.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Sportinq”ın heyətində Sebastyan Koates, Sporar Andraz və Lusiano Vietto fərqləniblər. “Başakşehir”in yeganə qoluna isə Edin Vişca imza atıb.

“Qarabağ”ın qrup mərhələsindəki rəqibi İspaniyanın “Sevilya” klubu isə səfərdə Rumıniyanın “ÇFR Kluj” komandası ilə heç-heçə edib - 1:1.

Günün digər erkən başlayan oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Şaxtyor Donetsk” (Ukrayna) – “Benfika” (Portuqaliya) - 2:1;

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Zaltsburq” (Avstriya) - 4:1;

“Lüdoqorets” (Bolqarıstan) – “İnter” (İtaliya) - 0:1;

“Brügge” (Belçika) – “Mançester Yunayted” (İngiltərə) - 1:1;

“ÇFR Kluj” (Rumıniya) – “Sevilya” (İspaniya) - 1:1;

“Kopenhagen” (Danimarka) – “Seltik” (Şotlandiya) - 1:1;

“Xetafe” (İspaniya) – “Ayaks” (Hollandiya) - 1:0;

“Sportinq” (Portuqaliya) – “Başakşehir” (Türkiyə) - 3:1.

Qeyd edək ki, bu komandaların arasında cavab görüşləri martın 12-də keçiriləcək.

Tarix
2020.02.21 / 01:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla