Yuxarı

Bakının da daxil olduğu 12 şəhər qərar verəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yayda Avropa Çempionatına ev sahibliyi etməli olan 12 şəhər UEFA-nı az sayda azarkeşin stadiona girməsinə icazə verəcəkləri ilə bağlı məlumatlandıracaqlar.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, çempionatın təşkilatçıları aprelin 7-nə qədər UEFA-nı məlumatlandırmalıdırlar, əks təqdirdə turniri təşkil etmək hüququndan məhrum olacaqlar.

Qəzet həmçinin yazıb ki, bəzi şəhərlər yerli sanitariya məhdudiyyətləri səbəbidən arenanın tutumunun yalnız 10 faizini təmin edə biləcəklərini bildirsələr də, UEFA bu rəqəmləri qəbul etməyib.

UEFA rəhbəri Aleksandr Çeferin də Avropa Çempionatının boş tribunalar qarşısında keçirilməyəcəyini bəyan etmişdi.

Azarkeşlərin tribunalara buraxılması ilə bağlı qərar aprelin 20-də UEFA-nın konqresində veriləcək.

Qeyd edək ki, futbol üzrə Avropa Çempionatını təşkil edəcək 12 şəhər arasında Bakı da var.

Tarix
2021.04.05 / 23:47
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla