Yuxarı

Teymur tarixin ən heyrətamiz vunderkindidir - “El Pais”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın “El Pais” nəşri azərbaycanlı qrossmeyster Teymur Rəcəbova həsr olunmuş “Kasparovu qəzəbləndirən mükafat” adlı məqalə yayımlayıb.

Axar.az xəbər verir ki, nəşrdə şahmat üzrə ixtisaslaşmış ispaniyalı mühazirəçi, aparıcı, şərhçi və jurnalist Leontso Qarcia Teymur Rəcəbovun 15 yaşında şahmat üzrə dünya çempionu Harri Kasparov üzərində Linaresdə qazandığı qələbəni təhlil edib.

L.Qarsia dünyanın ən elit oyunçularından birinə çevrilməzdən əvvəl Teymur Rəcəbovun şahmat tarixinin ən heyrətamiz vunderkindlərindən biri kimi tanındığını bildirib.

Nəşrdə Teymur Rəcəbovun dörd yaşda ikən şahmat oynamağı öyrəndiyi, ən gənc iştirakçı kimi 12 yaşında 18 yaşlılar arasında Avropa çempionatının qalibi olduğu qeyd edilib. T.Rəcəbov qrossmeyster adını qazanan dünyanın ən gənc şahmatçıları siyahısına daxil edilib. Belə ki, o, 2001-ci ildə 14 yaşında bu adı qazanıb.

İspan qəzetinin saytında yayımlanan Teymur Rəcəbov və Harri Kasparov oyununun video təhlilində Leontso Qarsia qarşılaşmanı belə şərh edir: “Linaresdə 15 yaşlı Teymur Kasparovu qara fiqurlarla çox mübahisəli bir oyunda məğlub edib. Rusiyalının qəzəbinə baxmayaraq o, bu qarşılaşmaya görə turnirin ən gözəl oyunu üçün xüsusi mükafata layiq görülüb. Münsiflər heyətinin üzvləri gözəlliyin subyektiv bir məfhum olduğuna baxmayaraq 15 yaşlı bir uşağın ən güclü fiqur olan ferzi dünya çempionu Kasparova qarşı qurban verməyə cəsarət etməsinin özlüyündə gözəl olduğunu etiraf ediblər. Bəzi tanınmış şahmat məşqçiləri bunu düzgün saysalar da, digərləri qurbanın elmi cəhətdən səhv olduğunu düşündükləri üçün onu qəbul etməyiblər.

Tarix
2021.06.10 / 01:51
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla