Yuxarı

Dolları çölə səpən idmançımız millidən qovuldu - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:02

Rio Olimpiadasının cüdo üzrə gümüş mükafatçısı Elmar Qasımov yığmadan kənarlaşdırılıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, idmançı həm son yarışlarda uğursuzluğa, həm də nizam-intizami pozduğuna görə millidən uzaqlaşdırılıb.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında ilk görüşdəcə uduzan idmançı bu səbəbdən millinin Şahdağdakı təlim-məşq toplanışına aparılmayıb.

Həmçinin idmançı Instaqramda paylaşdığı videoları ilə də son günlər gündəmdə idi. Onun bir gün əvvəl eyvandan dollar əskinaslarını havaya atması və buna dair çəkdiyi videonu “Pulu haramçılıqla qazananda” başlığı ilə paylaşması son hədd olub. Üstəlik, idmançı dünən paylaşdığı videoda iyunun 15-i tarixini əks etdirən gündə qırmızı balıq kürüsü ilə dolu qutunu açdığını nümayiş etdirib. Artıq bu idmançının millidə olmayacağını indidən demək olar.

Qeyd edək ki, 30 yaşlı Elmar Qasımov Olimpiadadan başqa, dünya, Avropa çempionatlarının, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarının mükafatçısıdır. Budəfəki Olimpiadada 100 kq çəki dərəcəsində Azərbaycanı osetin əsilli Zelim Kotsoyev təmsil edəcək.

Tarix
2021.06.18 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla