Yuxarı

"Neftçi" "Sabah"a qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Neftçi" "Sabah"a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Axar.az xəbər verir ki, turun ikinci oyun gününün ilk görüşündə "Sabah" "Neftçi"ni qəbul edib. "Bank Respublika Arena"da təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:1.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi matçda ilk qol 20-ci dəqiqədə vurulub. Sabir Buqrinin zərbəsindən sonra Ramon Maçadoya dəyən top tora daxil olub. Bu, Maçadonun ardıcıl ikinci matçda ikinci qolu olub.

"Neftçi" ikinci qoluna 78-ci dəqiqədə əks-hücumun yekununda imza atıb. Bu dəfə Mamadu Kane fərqlənib.

"Sabah"ın təsəlli qolunu isə 81-ci dəqiqədə uzaqdan zərbə ilə Aleksey İsayev vurub.

Beləliklə, xalını 10-a çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. "Sabah" isə 1 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, V turun əvvəlki oyunlarında "Qarabağ" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. "Zirə" isə səfərdə "Səbail"i məğlubiyyətə uğradıb - 2:1. Tura saat 19:15-də start götürəcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.

Tarix
2021.09.26 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla