Yuxarı

Cüdoçularımız Parisdə iki medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cüdoçularımız Parisdə iki medal qazandı

14:51

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

Axar.az-ın məlumatına görə, son yarış günündə 81 kq-da Murat Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri qüvvəsini sınayıb. Hər üç idmançı mübarizəyə 1/8 finaldan start verib.

Fətiyev ilk görüşündə Tim Qramkova (Almaniya), Mehdiyev Aleksis Matyöyə (Fransa) ipponla uduzaraq turnirlə vidalaşıb.

Kokauri isə startda Emre Sanala (Fransa) ipponla qalib gəlib. 1/4 finalda Mbaqnik Ndiayedən (Seneqal) də güclü olan Kokauri yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda İnal Tasoyevlə (Rusiya) üz-üzə gələcək.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.

***

Parisdə keçirilən Böyük dəbilqə turnirinin ikinci günündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparıb.

Murad Fətiyev (81 kq) startda Tim Qramkov (Almaniya), Məmmədəli Mehdiyev (90 kq) Aleksis Mathieuya (Fransa) uduzub. Digər təmsilçimiz - 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Uşangi Kokauri əvvəlcə Emre Sanal (Türkiyə), daha sonra Mbaqnik Ndiayeni (Seneqal) məğlub edərək yarımfinala vəsiqə qazansa da, bu mərhələdə rusiyalı İnal Tasoyevin öhdəsindən gələ bilməyib. Cüdoçumuz üçüncü yer uğrunda isə niderlandlı Yur Spaykersiyə məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Beləliklə, komandamız turniri 2 medalla başa vurub. Belə ki, yığmamızın üzvü Balabəy Ağayev (60 kq) “Böyük dəbilqə” turnirinin qalibi olub. Digər cüdoçumuz Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Komandamız yarışda 9 cüdoçu ilə təmsil olunub. Turnirdə 46 ölkədən 283 cüdoçu iştirak edib.

Tarix
2021.10.17 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla