Yuxarı

Bakıda 1,6 milyon uğrunda mübarizə başlayır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 1,6 milyon uğrunda mübarizə başlayır

Sentyabrın 10-da Bakıda Ümumdünya Şahmat Federasiyasının (FİDE) şahmat üzrə ən vacib yarışlarından biri olan Dünya Kubokuna start veriləcək.

Axar.az Trend-ə istinadən xəbər verir ki, oktyabrın 5-nə qədər davam edəcək turnir "Fairmont" otelində keçiriləcək.

128 şahmatçının mübarizə aparacağı Dünya Kubokunun finalçıları şahmat üzrə dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq.

FİDE prezidenti Kirsan İlyumjinov Dünya Kuboku - 2015-in Bakıda keçirilməsini yüksək qiymətləndirərək yarışın Azərbaycanda idmanın bu növünün daha sürətlə inkişafına təkan olacağını bildirib.

Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov deyib ki, yarışın yüksək səviyyədə keçirilməsi istiqamətində lazımi işlər aparılır.

Qeyd edək ki, şahmat üzrə Dünya Kuboku 2015 - 1.600.000 dollar mükafat fonduna malikdir.

Tarix
2015.08.19 / 12:35
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Yeni cəbhə: İran gizli hücrələri hərəkətə keçirə bilər...

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla