
Rusiyanı qorxuda saxlayan məhz budur - Qrem
07:00
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Çeçenistanın paytaxtında boks gecəsi keçirilib.
Axar.az xəbər verir ki, gecənin əsas döyüşü ağırçəkili Mayris Briedis (Latviya) və Manuel Çarr (Almaniya) arasında olub. Briedis öz rəqibindən 14 kilo az olmasına baxmayaraq, 5-ci raundda Çarrı ağır şəkildə nokauta göndərib.
Çarr Qroznıya Çeçenistan Prezidenti Ramzan Kadırovun dəvəti ilə gəlib. "Mənim üçün "Əhməd" klubunda döyüşmək şərəfdir. Bu qələbəni Ramzanın atası Əhməd Kadırova həsr edirəm", - Çarr döyüş öncəsi deyib.
Amma görüş Kadırovun arzuladığı kimi nəticələnməyib.
Xatırladaq ki, Briedis peşəkar rinqdə 17 döyüş keçirib və 14-nü nokautla qalib gəlib. Onun rinqdə ən ciddi rəqibi Çarr sayılır.
Tarix
2015.08.24 / 20:37
|
Müəllif
Axar.az
|