Yuxarı

907-ci düzəlişin ləğvi tarixi ədalətin bərpasıdır! – Vəliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampın 907-ci düzəlişin ləğvi haqqında qərar verməsi mühüm hadisədir. Bu, Azərbaycan – ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyması, eləcə də Azərbaycan diplomatiyasının uğurudur.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, 907-ci düzəliş ölkəmizə qarşı ədalətsiz qərar idi:

“Bu sənədin tarixinə gəlincə, deyə bilərəm ki, 1992-ci ilin avqustunda ABŞ Konqresi tərəfindən qəbul olunan Azadlığa Dəstək Aktı SSRİ-in dağılmasından sonra Rusiya və yeni müstəqil digər dövlətlərdə demokratik idarəetmə və azad bazar iqtisadiyyatının formalaşdırılmasına yardım etməyi nəzərdə tutan sənəddir. Bura daha sonra humanitar, təhlükəsizlik və terrorizmlə mübarizə istiqamətləri də əlavə olunub. Həmin qanun müxtəlif istiqamətlərdə yol xəritəsi olmaqla geniş fəaliyyətlər paketidir. Lakin 1992-ci il oktyabrın 24-də Konqres bu qanuna 907-ci düzəliş edərək ABŞ hökumətinin hər hansı formada Azərbaycana birbaşa yardımını qadağan edib. Konqres bu düzəlişi Amerika Erməniləri Milli Komitəsinin lobbiçilik səyləri nəticəsində, Azərbaycanın guya Ermənistanı və keçmiş Dağlıq Qarabağ ermənilərini blokadada saxladığını “əsas gətirərək” qəbul etmişdi. Beləliklə, Azərbaycan 2001-ci ilə qədər Azadlığa Dəstək Aktından faydalanmayan yeganə postsovet ölkəsi olub”.

Millət vəkilinin sözlərinə görə, ABŞ-da 2001-ci il, 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədi ilə ABŞ Konqresi 2001-ci il oktyabr ayında prezidentə düzəlişin hüquqi qüvvəsini 1 illiyinə dayandırmaq səlahiyyəti verib, 2002-ci ilin yanvar ayında isə bu qərar o vaxtkı Prezident Corc Buş tərəfindən təsdiqlənib:

“Konqres 907-ci düzəlişdən yan keçməklə Azərbaycana aşağıda göstərilən hallarda yardım edilməsinə imkan yaradılmasını icazə verib. Birincisi, beyəlxalq terrorizmə müqavimət göstərilməsi üçün ABŞ-ın səylərinə yardım etmə zərurəti olduqda; Beynəlxalq terrorçuluğa müqavimət göstərilməsi üçün ABŞ Silahlı Qüvvələrinə, yaxud koalisiya tərəfdaşlarına praktiki yardım edilməsinə hazır olmasına zərurət yarandıqda; Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacib olduqda və Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına və onun davamlılıq səylərinə mane olmadıqda və ya dəstəklədikdə, həmçinin Ermənistana qarşı hücum məqsədləri ilə istifadə edilmədikdə. Əslində, həmin sənədin qəbulu tam ədalətsiz və qərəzli idi. Çünki o zaman Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunmuşdu. Dövlətimiz BMT Nizamnaməsinə əsasən öz ərazi bütövlüyünü bərpa etmək hüququna uyğun olaraq hərbi əməliyyatlar aparırdı. Lakin Amerika konqresmenləri beynəlxalq hüququ görməzdən gələrək erməni diasporunun maliyyəsi sayəsində Ermənistana lobbiçilik edirdilər. Bunun da nəticəsi 907-ci düzəlişin qəbul edilməsi olmuşdu. Nəzərə almaq lazımdır ki, 1990-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizinin işğal olunması nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Yəni, ölkəmiz humanitar fəlakət yaşayırdı və bizim o dövrdə humanitar yardımlara çox ehtiyacımız var idi. ABŞ isə o zaman 907-ci düzəlişi qəbul etməklə yardım göstərməkdən imtina etdi”.

Deputat bildirib ki, sonrakı mərhələdə Azərbaycanın ABŞ yardımlarına ehtiyacı yox idi. Çünki neft müqavilələrinin icrası nəticəsində iqtisadiyyatımız sürətlə inkişaf etdi, Azərbaycan yardım alan ölkədən, yardım edən ölkəyə çevrildi.

“Belə halda, 907-ci düzəlişin mövcudluğu mənəvi və siyasi cəhətdən arzuolunmaz idi. Çünki torpaqlarımızın 20 faizi hələ də, Ermənistanın işğalı altında qalırdı.

Bu gün isə artıq münaqişə mövcud deyil və Azərbaycanla Ermənistan Vaşinqtonda sülh yolunda tarixi addım atdılar. Belə bir şəraitdə Donald Tramp tərəfindən 907-ci düzəlişin ləğvi təbii qanunauyğunluqdur”.

Tarix
2025.08.10 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan kabinetin iclasını çağırır: Vaşinqton sazişi

İlham Əliyev Şahbaz Şərifə zəng etdi

Zelenski İlham Əliyevi təbrik etdi

Tokayev İlham Əliyevə zəng etdi

Bakı ilə razılaşma tarixi hadisədir - Mirzoyan

Roma Papası Bakı və İrəvanı təbrik etdi

İlham Əliyev Berdiməhəmmədova zəng etdi

İCESCO baş direktoru İlham Əliyevi təbrik etdi

Sülh yolundakı mühüm qərar: Paraflanma nə deməkdir?

Tehran Zəngəzur dəhlizi ilə bağlı Bakı və İrəvanla danışacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla