Yuxarı

Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır - Şok iddia

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır - Şok iddia

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Danışıq zamanı Rusiya silahlı qüvvələrinin Ukraynada Azərbaycan qazının nəql olunduğu qaz infrastrukturu və Odessadakı SOCAR neft bazasına zərbələr endirməsi məsələsi müzakirə edilib.

Axar.az Caliber.az-a istinadən xəbər verir ki, ölkə liderləri Rusiya silahlı qüvvələrinin bu hərəkətlərinə qarşı narazılıqlarını bildiriblər. Belə ki, əgər Rusiya Azərbaycanın maraqlarına qarşı aqressiv siyasətini davam etdirərsə, rəsmi Bakı öz arsenalında olan silahların Ukraynaya tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsini nəzərdən keçirməyə başlayacaq.

Qeyd edək ki, Rusiya silahlı qüvvələri Ukrayna ərazisindəki Azərbaycana məxsus enerji obyektlərinə ardıcıl zərbələr endirməyə başlayıb. Bu vəziyyət Bakını cavab tədbirləri görməyə məcbur edir. Bütün bunlar ikitərəfli münasibətlərdəki böhranın daha da dərinləşməsinə səbəb olacaq.

Xatırladaq ki, 7-8 avqust 2025-ci il gecəsi Rusiya qoşunları Ukraynanın Odessa vilayətindəki Azərbaycanın SOCAR şirkətinə məxsus neft bazasına hücum edib. Rusiya SOCAR neft bazasına beş “Şahid” zərbə dronu göndərərək yanğına səbəb olub və dizel boru kəmərini zədələyib. Şirkətin dörd əməkdaşı ağır yaralanıb. Bu, son həftələr ərzində Azərbaycanla əlaqəli Ukraynadakı obyektlərə qarşı ikinci hücumdur. Daha əvvəl Orlovka yaxınlığındakı qazpaylayıcı stansiya hədəf alınmışdı ki, bu da 28 iyun tarixində Ukraynaya Azərbaycan qazının nəqlinə başlayan Transbalkan qaz kəmərinin əsas elementidir.

Tarix
2025.08.11 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla