Yuxarı

Zelenski İlham Əliyevi təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski İlham Əliyevi təbrik etdi

Avqustun 10-da Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Axar.az xəbər verir ki, telefon danışığı əsnasında Ukrayna prezidenti dövlətimizin başçısını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb.

Prezident Əliyev təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların, xüsusilə ABŞ Prezidentinin şahidliyi ilə iki ölkə arasında imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunmasına və çiçəklənməyə xidmət göstərəcəyini qeyd edib.

Telefon danışığı əsnasında Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrə də toxunulub. Bu xüsusda, ötən ay Bakıda iki ölkə arasında hökumətlərarası komissiyanın iclasının keçirilməsi və bu çərçivədə iqtisadi-ticarət əlaqələrinin inkişafına dair səmərəli müzakirələrin aparıldığı vurğulanıb.

Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.

Tarix
2025.08.10 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla