Gürcüstanda güclü leysan yağışları ölkənin qərb bölgəsində ciddi problemlər yaradıb.
Axar.az Azərtac-a istinadən xəbər verir ki, ən böyük ziyan Xelvaçauri bələdiyyəsi ərazisində qeydə alınıb. Xelvaçauri şəhər meriyasının məlumatına görə, həm mərkəzi, həm də rayondaxili yolları su basıb, bir neçə yerdə sürüşmə əmələ gəlib.
Xelvaçauri bələdiyyə ərazisində yaşayış binalarının yaxınlığında baş verən sürüşmə ilə əlaqədar 15 ailə müvəqqəti olaraq təxliyə edilib. Ağır texnikadan istifadə etməklə yolun təmizlənməsi işləri fəal şəkildə aparılır.
Şəhər meriyasının xidmətləri və bütün aidiyyəti qurumlar təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub.
Güclü yağışlar nəticəsində əsas tikililərdə yaranan problemlər səbəbindən Maxincauri və Şarabidze icmalarına daxil olan Axalsopeliyə içməli su verilmir.
Erge kəndinə elektrik enerjisinin verilməsi dayandırılıb.