Yuxarı

Azərbaycan-İtaliya: İki məğlubedilməzin döyüşü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan-İtaliya: İki məğlubedilməzin döyüşü

Onların hər ikisi bu dövrdə məğlub olmayıb. Söhbət Azərbaycan millisinin xorvat baş məşqçisi Robert Prosineçki və italiyalı həmkarı Antonio Kontedən gedir.

Axar.az yada salır ki, bu gün Avro-2016 seçmə mərhələsində son ev oyununa çıxan yığmamız ardıcıl 5-ci məğlubiyyətsizlik seriyasını davam etdirməyi hədəfləyib.

Prosineçkinin baş məşqçi postuna gəlişindən bəri millimiz məğlub olmayıb. Komanda Maltaya doğma meydanda qalib gəlib, səfərdə 2:2 bərabərə qalıb, Norveç və Xorvatiya ilə də Bakıda heç-heçəyə nail olub.

Və bu da gecə Olimpiya Stadionunda 60 minlik azarkeş önünə çıxacaq İtaliyanı narahat etməyə bilməz.

Həm italiyalı futbolçuların, həm də Kontenin çıxışlarında bu tərəddüd sezilir. Hətta Azərbaycan millisinin qələbəsi də istisna olunmur.

Amma Topaz bukmeyker kontorunda yığmamızın qələbəsinə 11 ballıq əmsal verilib ki, bu da millinin qalib gələcəyinə inamsızlıq kimi qiymətləndirilir.İtaliya millisinə gəlincə, Kontenin rəhbərliyi altında komada bu seçmə mərhələdə məğlub olmayıb. Bu mənada hər iki baş məşqçi üçün gecənin matçı əlamətdardır.

Prosineçkinin yetirmələri heç vaxt xal ala bilmədiyi İtaliya qarşısında bir ilki reallaşdırmaq istəyir.

Hesabında 6 xal olan komandamız 4-cü yer uğrunda mübarizə apardığı Bolqarıstanı keçmək istəyirsə, bu oyundan xal almalı, rəqibinin isə büdrəməsini gözləməlidir. Qeyd edək ki, qarşılaşma bu gün saat 21:00-da başlayacaq.

Tarix
2015.10.10 / 17:34
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla