Yuxarı

"Qarabağ" Avropa Liqası ilə vidalaşdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:29

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda üz-üzə gələcək "Qarabağ" və Almaniya "Frayburq"unun start heyətləri açıqlanıb.

Axar.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Romao, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə

"Frayburq": 21. Noah Atubolu, 2. Uqo Sike, 9. Lukas Höler, 14. Yannik Kaytel, 18. Nils Peterse, 20. Kevin Şade, 23. Robert Vaqner, 25. Kiliann Sildillia, 30. Kristian Günter (k), 31. Keven Şlotterbek, 33. Noah Veybhaupt

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

***

"Qarabağ" - "Frayburq" matçı start götürdü.

***

"Frayburq" matçın 24-cü dəqiqəsində Petersenin penaltidən vurduğu qolla hesabı açdı: 0-1.

***

"Qarabağ"ın oyunçusu Veşoviçə qarşı kobudluğa görə "Frayburq"un qapısına penalti təyin olundu, lakin VAR-a müraciət edildikdən sonra oyundankənar vəziyyəti qeydə alındı. Bu səbəbdən penalti qərarı ləğv edildi.

***

"Qarabağ" matçın 55-ci dəqiqəsində Veşoviçin qolu ilə hesabı bərabərləşdirsə də, yenidən oyundankənar vəziyyət qeydə alındı və qol ləğv olundu.

***

"Qarabağ"ın müdafiəçisi Kevin Medina rəqibin oyunçusuna kobudluğa görə qırmızı vərəq ilə meydandan kənarlaşdırıldı.

**

"Qarabağ" Romaonun 92-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirdi:1-1.

***

"Qarabağ" "Frayburq" matçı 1-1 hesabı ilə yekunlaşdı. Qrupun digər matçında "Nant" "Olimpiakos"a 2-0 hesabı ilə qalib gələrək qrup ikincisi kimi növbəti mərhələyə yüksəldi, təmsilçimiz isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Tarix
2022.11.03 / 23:41
Müəllif
Axar.az
Digər xəbərlər

Kremlin “izahatı” qəbul edilmədi, Bakı səfəri ləğv etdi...

Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir

Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video

Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla