Yuxarı

AÇ: Güləşçilərimizdən 2 qızıl, 1 gümüş...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AÇ: Güləşçilərimizdən 2 qızıl, 1 gümüş...

21:26

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan millisi ilk medalını qazanıb.

Axar.az xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə ilk görüşdə almaniyalı Horst Lerə “tuş”la qalib gəlib. Pəhləvanımız yarımfinalda italiyalı Simyone Piroddu ilə qarşılaşıb.

Gərgin keçən görüşdə 12:8 hesablı qələbə əldə edən Ə.Rzazadə finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə türk Süleyman Atlıyla üz-üzə gəlib. Rəqibini 12:2 hesabı ilə məğlub edən güləşçimiz ilk dəfə Avropa çempionu olub.

***

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

70 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı pəhləvan finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.

Bununla Əliyev karyerasında dördüncü dəfə Avropa çempionluğu tituluna yiyələnib.

***

Günün son görüşünə sərbəst güləşçimiz Maqomedxan Maqomedov çıxıb.

Milliləşdirilən güləşçi 97 kq çəki dərəcəsində gürcüstanlı Givi Matçaraşvili ilə finalda qarşılaşıb. Azərbaycan təmsilçisi öndə olsa da, son saniyələrdə üstünlüyü əldən verərək, 3:4 hesabı ilə məğlub olub və gümüş medal qazanıb.

Tarix
2023.04.18 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla