Yuxarı

İmranov dünya çempionatının finalında uduzdu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmranov dünya çempionatının finalında uduzdu

19:05

Azərbaycanın gənc cüdoçusu Nizami İmranov Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.

Axar.az xəbər verir ki, oğlanlar arasında 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

Avropa çempionu, ardıcıl olaraq, Sanqvo O (Cənubi Koreya), Yohan Qomes (Kolumbiya), Amat Bakitjan (Qazaxıstan) və Kako Çapurişvilini məğlub edib. N. İmranov finalda yaponiyalı Yamato Fukuda ilə qarşılaşacaq.

Qızlar arasında isə Könül Əliyeva bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq. 48 kiloqram çəkidə mübarizə aparan idmançının rəqibi neytral statusda yarışan Kristina Dudina olacaq.

Medal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları Aydın Rzayev (66 kiloqram), Aydan Vəliyeva və Xədicə Qədəşova (hər ikisi 52 kiloqram) isə dünya çempionatını medalsız başa vurublar.

***

Nizami İmranov Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.

60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Yaponiya təmsilçisi Yamato Fukudaya məğlub olub.

Tarix
2023.10.04 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Azərbaycanın siyahısında onun da adı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla