Yuxarı

FHN-in komandası bürünc medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in komandası bürünc medal qazandı

Bakı Su İdman Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük üzrə yarışlara yekun vurulub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, 21 qurumdan 72 əməkdaş (60 kişi, 12 qadın) komanda və fərdi yarışlarda əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar.

Yarışda iştirak edən FHN-in üzgüçülük üzrə kişilərdən ibarət komandasının üzvləri Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət mayoru Natiq Şıxəliyev, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Rüfət Əhmədov və Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları baş leytenant Rüstəm Esetov və çavuş Novruz Əliyev 4 nəfər olmaqla yüksək nəticə əldə etməyi bacarıblar. Belə ki, kişilər arasında 4x50 metr sərbəst üsul estafet yarışlarında FHN-in komandası 2 dəqiqə 19 saniyə vaxtla finiş xəttinə çataraq yarışın bürünc medalının sahibi olub.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

Fevralın 13-də FHN-in İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış komanda üzvləri ilə görüşərək, qazandıqları nailiyyətə görə təbrik edib və gələcək yarışlarda onlara uğurlar arzulayıb.

Tarix
2024.02.13 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla