Yuxarı

Jurnalistlər üçün müsabiqə elan edildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jurnalistlər üçün müsabiqə elan edildi

Bakı Şəhər Halqası jurnalistlər üçün müsabiqə elan edir.

Axar.az xəbər verir ki, "Formula 1 Avropa Qran Prisi jurnalistlərin gözü ilə" mövzusunda elan olunan müsabiqədə iştirak etmək üçün azı 21 yaş tələb olunur.

Məqalə Azərbaycan, ingilis və ya rus dilində yazılmalıdır. Məqalə 400 sözdən az və 600 sözdən çox olmamalıdır.

Müsabiqə mövzuları:

Bakı Şəhər Halqası

Döngələr və tribunalar

Yarış hazırlığı

Komandalar, pilotlar və məşhurlar

Formula 1 Avropa Qran Prisinin rəsmi elçiləri

Formula 1 Avropa Qran Prisinə ev sahibliyi edən şəhərin üstünlükləri.

Məqalələrin son təhvil verilmə tarixi 15 aprel 2016-cı ildir. Təhvil verilmiş məqalələr münsiflər heyəti tərəfindən dəqiqliklə qiymətləndirildikdən sonra müsabiqənin qalibləri 22 aprel 2016-cı il tarixində elan olunacaq.

Məqalələr Formula-1 Avropa Qran Prisinin rəsmi elçisi Rəhim Əliyev, Formula-1 Avropa Qran Prisinin Milli mətbuat katibi Nigar Arpadarai və Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova tərəfindən qiymətləndiriləcək.

Müsabiqədə birinci yeri tutmuş jurnalist 2016 Formula-1 Avropa Qran Prisinə yarış həftəsonunun hər üç günü üçün keçərli olacaq 2 biletlə təmin olunacaq.

İkinci yerə yiyələnmiş jurnalist Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən üzərində şirkətin loqosunun əks olunduğu dəyərli hədiyyələrlə mükafatlandırılacaq

Müsabiqənin ən yaxşı beş məqaləsini yazan jurnalistlər sertifikatla təltif olunacaqlar.

Müsabiqəyə qatılmaq üçün yazılan məqalənin hər hansı bir mətbu orqanda çap olunmuş və ya internet səhifəsində yayımlanmış nüsxəsini (elektron şəkil formasında) ən geci 15 aprel tarixində olmaqla [email protected] elektron poçt ünvanına "Küləklər şəhərində sürət yarışı" başlığı ilə göndərməyiniz xahiş olunur.

Tarix
2016.03.29 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla