Yuxarı

AFFA bu klubu çempionatdan kənarlaşdırdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA 10 kluba texniki məğlubiyyət verib, “Karvan”ı çempionatdan kənarlaşdırıb.

Axar.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar verilib.

AFFA U-10 Liqasında keçirilməli olan “Karvan” – “Laçın” oyunu Yevlax təmsilçisinin təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. Bu səbəbdən “Karvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə komanda çempionatdan kənarlaşdırılıb.

AFFA U-13 Liqasında keçirilməli olan “Şağan” – “Sumqayıt City” oyunu meydan sahibləri təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. Bu səbəbdən “Şağan” 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

AFFA U-13 Liqasında daha iki komanda eyni cəzaya məruz qalıb. Belə ki, “Paralimpiya İdman Kompleksi” – “Ələt” oyunu meydan sahiblərinin, “Polad” – İOEUGİM matçı isə qonaqların təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. Nəticədə hər iki komanda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

AFFA U-13 qızlar Liqasında isə 5 komandaya texniki məğlubiyyət verilib. Belə ki, “Ulduz”- “Xan Lənkəran” matçı qonaqların, “Çinar” - “Mil-Muğan” görüşü meydan sahiblərinin təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. Bu səbəbdən hər iki komanda cəzalandırılıb. Üç komanda - “Dinci”, “Ulduz” və “Zaqatala City” isə Əsasnaməyə uyğun yaş limitini pozduğuna görə texniki məğlubiyyətlə cəzalandırılıb.

Daha bir texniki məğlubiyyət AFFA U-17 Liqasında iştirak edən “Araz-Naxçıvan” komandasına verilib. Buna “Qəbələ” ilə matçda protokolda adı yazılmayan futbolçunun meydana çıxması səbəb olub.

Tarix
2024.12.20 / 13:44
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən qərar: Zaur Hüseynov işdən çıxarıldı

ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi

İntizam pozuntularına yol verən üç vəkil cəzalandırıldı

İlham Əliyevin doğum gününü ilk onlar təbrik etdi

Omanda həbs edilən İran vətəndaşı Bakıya gətirilir

Nazirlər Kabineti bu qaydaları təsdiqlədi

Azərbaycanda 13 minə yaxın zəlzələ qeydə alındı

Ölkədə bu komissiyasının yaradılması təsdiqləndi

QDİƏT-ə sədrliyin Azərbaycana keçməsi rəsmən təsdiqləndi

Yaşar Əliyev bu vəzifəsindən geri çağırıldı, səfir təyin edildi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla