
Qarabağda mina partlayışı: İmanovun ayağı amputasiya olundu
23:36
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
01:33
Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları çərçivəsində hazırda keçirilən "Anderlext" - "Fənərbağça" oyunu yarımçıq dayandırılıb.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, buna səbəb Belçika təmsilçisinin azarkeşlərinin İstanbul klubunun fanatlarına hücum etməsi olub. Həmçinin onlar irqçi şüarlar səsləndiriblər.
Nəticədə görüş "Fənərbağça"nın hesabda 1:0 öndə olduğu vaxt - 6-cı dəqiqədə dayandırılıb. Futbolçular və hakimlər paltardəyişmə otağına yollanıblar.
Görüş qısa müddət sonra davam edib.
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "Fənərbağça"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
***
Oyun 2:2 hesabı ilə yekunlaşıb. İki oyunun nəticəsinə əsasən, "Fənərbağça" növbəti tura yüksəlib.
Tarix
2025.02.21 / 02:14
|
Müəllif
Axar.az
|