Yuxarı

Məmmədyarov 9 pillə irəlilədi, Rəcəbov isə...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov 9 pillə irəlilədi, Rəcəbov isə...

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov FİDE-nin mart ayı üçün açıqlanan reytinqində 9 pillə irəliləyib.

Axar.az xəbər verir ki, qrossmeyst bu nəticə ilə 2748 xalla 11-ci pillədə qərarlaşıb.

Üç addım geriləyən Teymur Rəcəbov (2692) 35-ci sırada yer alıb. Dörd pillə irəliləyən Rauf Məmmədov (2657) 67-cidir. Cədvələ 2833 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınların cədvəlində ən yaxşı təmsilçimiz dəyişib. İki pillə geriləyən Gövhər Beydullayeva (2400) 43-cü yerə ensə də, ölkənin birincisi olub.

Günay Məmmədzadə 2396 xalla 51-cidir. Ülviyyə Fətəliyeva (2387) yeddi addım yüksələrək 57-ci pillədə qərarlaşıb. Xanım Balacayeva (2358) 4 pillə irəliləyərək 85-ci olub.

Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.

Tarix
2025.03.02 / 12:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla