Yuxarı

Fernandu Santuş bu tarixdə istefaya gedəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fernandu Santuş bu tarixdə istefaya gedəcək

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş istefaya göndərilə bilər.

Axar.az Futbolinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Beşiktaş”dan sonra yığmamızda da nəticələri uğursuz olan portuqaliyalı mütəxəssisin vaxtından əvvəl yola salınması istisna deyil.

Türkiyə KİV-in yazdığına görə, millimizin Santuşun rəhbərliyi altında keçirdiyi ilk 8 oyunda qələbə qazana bilməməsi və bunun 7-də məğlub olması AFFA rəhbərliyini də narahat edir. Futbol ictimaiyyəti və azarkeşlərin təzyiqinə baxmayaraq, assosiasiya 70 yaşlı çalışdırıcıya bir qədər də vaxt vermək qərarına gəlib.

Yığmamız iyunda daha iki yoldaşlıq görüşü keçirəcək. Əgər komandanın Latviya və Macarıstanla matçlardakı çıxışı da gələcəyə ümid verməsə, Santuş istefaya göndərilə bilər. Bu baş verərsə, millimiz DÇ-2026-nın seçmə mərhələsində başqa mütəxəssisin rəhbərliyi altında mübarizə aparacaq.

Qeyd edək ki, Fernandu Santuşun AFFA ilə müqaviləsi 2028-ci ilə qədərdir.

Tarix
2025.03.27 / 20:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla