Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” oyununda insident yaşanıb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, matçın 21-də dəqiqəsində ara qarışıb. Görüşün baş hakimi Elçin Məsiyevin qonaqların lehinə cərimə zərbəsi verməsi Tovuz klubunun baş məşqçisi Kurban Berdiyevi özündən çıxarıb. Rusiyalı mütəxəssis sərt şəkildə referiyə etiraz edib.
Məsiyev əvvəlcə Berdiyevi sarı vərəqə ilə cəzalandırıb. 70 yaşlı mütəssis sakitləşmək əvəzinə etirazlara davam edib. Nəticədə baş hakim onu qırmızı vərəqə ilə cəzalandırılıb.
Elçin Məsiyev eyni zamanda Kurban Berdiyevin köməkçisi Yunis Hüseynova da sarı vərəqə göstərib.
Yaşanan hadisə tovuzlu azarkeşləri qəzəbləndirib. Onlar referinin ünvanına nalayiq ifadələr səsləndiriblər.