Yuxarı

Çempionlar Liqası: "Qarabağ"ın oyununu haradan izləyək?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şelburn” (İrlandiya) – “Qarabağ” oyununu “Tolka Park” stadionunda izləmək və təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışa çıxarılıb.

Axar.az xəbər verir ki, azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun “E” sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti böyüklər üçün 25 avro, uşaqlar və tələbələr üçün isə 20 avrodur.

Azərbaycanlı azarkeşlər üçün “Tolka Park” stadionunda 306 yer ayırılıb. Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.

Qeyd edək ki, “Şelburn” – “Qarabağ” oyunu iyulun 23-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Tarix
2025.07.21 / 22:23
Müəllif
Axar.az
Digər xəbərlər

Milli mətbuatın yaranmasından 150 il ötür

Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu

AZAL təyyarəsini vuran şəxsin - Fotosu

Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul etdi

Yaqub Eyyubovun adından saxta açıqlama

Azərbaycan XİN Banqladeşə başsağlığı verdi

Hacıyevin adından Rusiya ilə bağlı saxta açıqlama yayıldı

Rusiya Azərbaycandan bunu istəyir

Ərdoğandan Zəngəzur açıqlaması: Buna inanıram!

Azərbaycan Rusiyanı məhkəməyə versə... – Kreml

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla