Yuxarı

ABŞ: "Bakı böyük tərəqqiyə nail olub" - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ: "Bakı böyük tərəqqiyə nail olub" - Foto

ABŞ Dövlət Departamentinin 2016-cı il üçün Maliyyə Şəffaflıq Hesabatı təqdim edilib.

Axar.az xəbər verir ki, hesabatın Azərbaycanla bağlı bölməsində bildirilir ki, nəzərdən keçirilmiş müddət ərzində Hesablama Palatası tərəfindən hazırlanmış rəy hesabatlarında planlaşdırılan xərclər, o cümlədən dövlət müəssisələrinə ayrılmalar haqqında müfəssəl məlumatlar dərc etməklə bu ölkə əhəmiyyətli tərəqqi əldə edib. Həmin müddətdə büdcə sənədləri ictimaiyyətə təqdim olunub və burada hökumətin gəlirləri, o cümlədən təbii sərvətlərdən daxil olan gəlirlər haqqında əhəmiyyətli dərəcədə dolğun məlumat öz əksini tapıb.

Hesabatda Azərbaycanın ali yoxlama qurumu olan Hesablama Palatasının dövlət müəssisələrinə ayrılmalar haqqında daha ətraflı məlumatı dərc etməyə başladığı qeyd edilib. Bütün dövlət müəssisələrinin audit yoxlamasından keçmiş hesabatlarının internet vasitəsilə geniş ictimaiyyətə təqdim edildiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, büdcə sənədlərində təqdim olunmuş informasiya ümumilikdə etibarlı olub. Ali yoxlama qurumu tərəfindən hökumətin illik icra olunmuş büdcəsinin bir hissəsi yoxlanılıb və qurumum hesabatları müvafiq müddət ərzində geniş ictimaiyyətə təqdim edilib.

Hesabatda bir sıra tövsiyə xarakterli məsələlər də əksini tapıb.

Tarix
2016.08.01 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

AKP YAP-a sözünü X-lə niyə deyir? YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla