Yuxarı

Mərkəzi Bankın səlahiyyəti azaldıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərkəzi Bankın səlahiyyəti azaldıldı

Azərbaycan Nazirlər Kabineti "Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi Qaydaları"na dəyişikliklər edib.

"Axar.az"ın APA-ya isinadən verdiyi xəbərə görə, indiyə qədər Agentliyin təklifi əsasında layihələrin maliyyələşdirilməsi üçün regional strukturu və regional əhatəsi nəzərə alınmaqla, regionlar üzrə müvəkkil kredit təşkilatlarının seçilməsi Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası tərəfindən qanunvericiliyə uyğun qaydada həyata keçirilib.

Müsabiqə Komissiyasının tərkibinə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bankın və Agentliyin hər birindən 1 nəfər nümayəndə daxil edilib və qeyd edilib ki, həmin Komissiyanın tərkibinə Azərbaycanda aqrar bölmənin inkişafına maliyyə dəstəyi göstərən xarici və yerli qeyri-hökumət təşkilatlarının 2 nəfər nümayəndəsi də daxil edilə bilər. Agentliyin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi və Mərkəzi Bankla razılaşdırılmaqla Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilib.

Dəyişikliyə əsasən, Mərkəzi Bankın bu sahədə səlahiyyətləri ləğv olunub, bu səlahiyyətlər Azərbaycan Sahibkarlar Konfederasiyası və Maliyyə Nazirliyi arasında bölüşdürülüb. Bundan sonra Müsabiqə Komissiyasının tərkibinə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Agentliyin hər birindən 1 nəfər nümayəndə daxil ediləcək və həmin komissiyanın tərkibinə Azərbaycanda aqrar bölmənin inkişafına maliyyə dəstəyi göstərən xarici və yerli QHT-nin 2 nəfər nümayəndəsi də daxil edilə biləcək. Agentliyin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi razılaşdırılmaqla Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq ediləcək.

Tarix
2014.03.03 / 10:19
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla