Yuxarı

Gürcüstan “Qırmızı Körpü”də ticarət qurur: Bəs, Azərbaycan?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan “Qırmızı Körpü”də ticarət qurur: Bəs, Azərbaycan?

Gürcüstan belə bir icazəni əsasən iqtisadi səbəblərə görə verir: sərhədyanı bölgələrdə iqtisadi aktivliyi artırmaq, tranzit ölkə kimi mövqeyini gücləndirmək və regional ticarət axınlarından daha çox qazanc əldə etmək məqsədi güdür. Gürcüstan uzun illərdir ki, logistika və tranzit mərkəzi rolunu oynamağa çalışır və bu tip rüsumsuz zonalar həmin strategiyanın tərkib hissəsidir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Gürcüstan hökumətinin 29 dekabr tarixli sərəncamla Gürcüstan-Azərbaycan sərhəd-keçid məntəqəsində sərbəst ticarət və anbar fəaliyyətinin həyata keçirilməsinə icazə verməyi barədə danışarkən deyib.

“Yəni Gürcüstan sərhəd zonasının müəyyən hissəsini xüsusi iqtisadi rejimə keçirir və həmin ərazidə malların saxlanılması və müəyyən ticarət əməliyyatlarının aparılması zamanı gömrük rüsumları tətbiq olunmur. Bu o deməkdir ki, mallar Gürcüstan ərazisinə tam idxal olunmuş sayılmadan, sərhədə yaxın xüsusi zonada saxlanıla, paylana və ya sonradan başqa ölkələrə yönləndirilə bilər. Rüsumun olmaması xərcləri azaltdığına görə, bu, ticarətlə məşğul olan şirkətlər üçün cəlbedici mexanizmdir”, - ekspert bildirib.

Onun sözlərinə görə, Ermənistanla sərhəddə də oxşar qərarın verilməsi göstərir ki, bu addım ümumi iqtisadi siyasətdir:

“Praktikada proses belə olacaq: Gürcüstan ərazisində, sərhədə yaxın müəyyən edilmiş sahələrdə anbarlar və ticarət məntəqələri yaradılacaq. Mallar ora gətiriləcək, amma Gürcüstan daxili bazarına daxil olmadığı üçün gömrük rüsumu tutulmayacaq. Mallar ya sonradan başqa ölkələrə ixrac ediləcək, ya da tranzit kimi istifadə olunacaq. Əgər həmin mallar Gürcüstan bazarına buraxılarsa, o zaman artıq rüsum və vergilər tətbiq ediləcək”.

Nəsirli bu qərarın Azərbaycan üçün birbaşa iqtisadi təhlükə olmadığını, amma dolayı təsirləri ola biləcəyini xatırladıb:

“Gürcüstanın bu cür zonalar yaratması bəzi ticarət axınlarının onun üzərindən keçməsini daha sərfəli edə bilər. Digər tərəfdən, Azərbaycan sahibkarları üçün də bu zonalardan istifadə edərək daha ucuz logistika imkanları yarana bilər. Yəni məsələ daha çox iqtisadi rəqabət və regional ticarət balansı ilə bağlıdır”.

Tarix
2026.01.07 / 09:08
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla