Yuxarı

“Şahdəniz” Avropanı rus asılılığından çıxara bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şahdəniz” Avropanı rus asılılığından çıxara bilər

"Azərbaycan əlində olan bazarları saxlamağa çalışmalıdır".

Bunu "Axar.az"ın suallarını cavablandıran iqtisadçı ekspert Zəfər Vəliyev bildirdi.

Onun sözlərinə görə, rəqəmlər də bu məsələnin gələcək 5-10 il ərzində qeyri-mümkün olduğunu sübut edir: "Hazırda Avropanın qaza olan tələbatının 40 faizini Rusiya təmin edir. Bunu illər üzrə statistik rəqəmlərlə də sübut etmək olar. 2013-cü ilin statistikasına görə "Qazprom" Mərkəzi və Qərbi Avropaya 161 milyard kub metr qaz ixrac edib. Həmin qazın 127 milyard kub metri Qərbi Avropaya, qalanı isə Mərkəzi Avropa ölkələrinə satılıb. Elə təkcə İtaliya ildə 20 milyard kub metrdən yuxarı qaz idxal edir. Digər tərəfdən Rusiyanın Avropada həm oturuşmuş bazarı və həm də fəaliyyətdə olan qaz kəmərləri var. Məsələn, bunlardan "Yamal-1", "Yamal-2", "Şimal axını" və başqalarının adını çəkmək olar. Yeni "Cənub axını" da çəkilir. Həmin kəmər Rusiyanın Qara dəniz sahillərindən Balkanlara qaz ixracını həyata keçirəcək. Bu kəmərin tutumu 60 milyard kub metrdir. Avropanın illik ehtiyacı olan qazın miqdarı 545 milyard kub metrdir. Onların bir hissəsi daxili mənbələr hesabına, digər qismi Rusiyanın, az bir hissəsi isə Liviya və Əlcəzairin hesabına ödənir. Daxili mənbə dedikdə Hollandiya və Norveç nəzərdə tutulur ki, onlardan birincisi 80, ikincisi isə 130-140 milyard kub metr qaz istehsal etmək iqtidarındadır. Hazırda aktual məsələlərdən biri də sıxlaşdırılmış qazdır. Belə ki, Avropa ölkələri Qatardan sıxlaşdırılmış qaz almağı planlaşdırır. "Şahdəniz"ə gəlincə isə onu deyim ki, bu yataqdan ildə 15 milyard kub metr qaz ixrac ediləcək. Onun 5 milyardı TANAP vasitəsi ilə qardaş ölkənin daxili tələbatını ödəmək üçün, qalan hissəsi isə Yunanıstan, Albaniya və İtaliyaya ötürüləcək".

Ekspert hesab edir ki, gələcəkdə Avropanın təbii qaza olan tələbatı artacaq: "Hesablamalara görə bir neçə ildən sonra Avropanın qaza olan tələbatı 200 milyard kub metr də artacaq. Bu isə onu göstərir ki, Azərbaycan həmin tələbatı ödəməyə belə hazır deyil. Hesab edirəm ki, Azərbaycan əlində olan bazarları saxlamağa çalışmalıdır. Əgər dünyanın siyasi xəritəsində hansısa dəyişiklik olarsa, bu zaman yeni bazarlar haqqında düşünmək olar".

Qeyd edək ki, Xəzər Strateji İnstitutunun (HASEN) ötən gün Brüsseldə keçirdiyi dördüncü "Xəzər Forumu"nda çıxış edən Avropa Parlamentinin italiyalı parlamentarisi Vittorio Prodi Avropanın Rusiyadan qaz asılılığının olduğunu etiraf edib. O, çıxışında tez bir zamanda alternativ mənbənin tapılmasını və ən ağlabatan variant kimi "Şahdəniz" yatağının imkanlarından istifadə edilməsini təklif edib. Parlamentarinin fikrincə 1,2 trilyon kub metr ehtiyatı olan "Şahdəniz" qazının Türkiyə vasitəsi ilə Avropaya çıxarılması daha ucuz başa gələcək.

Tarix
2014.03.07 / 18:06
Müəllif
Tural İbadov
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla