Yuxarı

Tarif Şurasından benzinin qiyməti ilə bağlı açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarif Şurasından benzinin qiyməti ilə bağlı açıqlama

"Tarif (qiymət) Şurası 2 dekabr 2013-cü il tarixindən sonra ölkə daxilində qiymətləri tənzimlənən avtomobil benzininin pərakəndə satış qiyməti dəyişdirilməyib".

Bu sözləri "Axar.az"a Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Aİ-95 markalı avtomobil benzininin qiymətindəki dəyişikliklə bağlı danışarkən bildirdi.

Onun sözlərinə görə, hazırda Aİ-92 və Aİ-95 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün müvafiq olaraq 70 və 80 qəpikdir: "Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına aid edilməyib".

A.Əliyev qeyd edir ki, yüksək avrostandartlara cavab verən avtomobil benzininin daha aşağı qiymətlərlə ölkəyə idxalına şəraitin yaradılması məqsədilə Nazirlər Kabinetinin 7 fevral 2014-cü il tarixli qərarları ilə idxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumlarını 15 faizdən sıfıra, aksiz dərəcələri isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirilib: "Bütün bunlar yüksək avro standartlara cavab verən avtomobil benzininin ("Premium Avro-95" və "Super Avro-98") nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan verir. Bu isə ölkədə avtomobil benzininə artan tələbatın tam ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təminatına şərait yaradır".

Qeyd edək ki, ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10% təşkil edir və bu yüksək oktanlı benzinlərdən istehsal və xidmət sahələrində demək olar ki, istifadə olunmur.

Xatırladaq ki, dünən mediada benzinin qiymətinin artması ilə bağlı xəbər yayılmışdı. M\lumata görə, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.80 manatdan 0.93 manata qalxacağı bildirilmişdi.

Tarix
2014.04.02 / 14:56
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla