Yuxarı

Üç ölkə gömrükçülərinin Bakı - Bəyanatı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşünün yekunda "Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük məsələlərində üçtərəfli geniş əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair Birgə Bəyanat" qəbul edilib.

APA-nın xəbərinə görə, görüş çərçivəsində "Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş" imzalanıb. Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkci imzalayıblar.

Qeyd edək ki, tədbir çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu daşımaları çərçivəsində gömrük əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Tədbirdə A. Əliyev və B. Tüfənkci ilə yanaşı Gürcüstan baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili də iştirak edib.

A. Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu gələcəyə hesablanmış layihədir. "Bu layihə iştirakçı ölkələrin tranzit imkanlarının və qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsində, bazar prinsiplərinin dərinləşməsində xüsusi rol oynayacaq. Bu layihənin reallaşmasında gömrük xidməti orqanlarının üzərinə böyük məsuliyyət düşəcək".

D. Kumsişvili isə bildirib ki, layihənin reallaşmasından istənilən nəticəni əldə etmək üçün hər üç ölkənin gömrük xidməti rəhbərləri əməkdaşlığı dərinləşdirmə və səylərinin əsirgəməməlidirlər.

Baş nazirin müavini layihəni dəstəklədikləri üçün Azərbaycan prezidenti İlham Əliyevə, onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana, həmçinin bu ölkənin baş naziri Binəli Yıldırıma təşəkkür edib.

"Məqsədimiz hər üç ölkə arasında ticarət dövriyyəsinin artırılmasıdır. Bu layihə məqsədimizə çatmaqda yardımçı olacaq. İnanıram ki, Bakı-Tbilisi-Qars işə düşdükdən sonra Qazaxıstan da bu layihələyə qoşulacaq və Orta Asiya ilə iqtisadi əlaqələrimiz və ticarət dövriyyəmiz artacaq".

B. Tüfənkci isə bildirib ki, Bakı-Tbilisi-Qars layihəsində işlərin 85%-i tamamlanıb: "Müəyyən çətinliklər səbəbindən layihəni vaxtında tamamlaya bilmədik. Ancaq inanırıq ki, bu ilin iyul ayınadək layihə istismara veriləcək".

Tarix
2017.07.19 / 13:04
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

PKK-nın silahı yerə qoymasına Əliyevdən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla