"Azərbaycanda istehsal olunan yanacaq tam olaraq ölkə
tələbini ödəyir. Lakin bu yanacağın keyfiyyəti müasir tələblərə
cavab vermir".
Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti
David Məmmədov deyib.
Onun sözlərinə görə, artıq ARDNŞ yanacağın keyfiyyətinin
yüksəldilməsi və əməliyyat xərclərinin yaxşılaşdırılması məqsədi
ilə müvafiq işlər görməyə başlayıb. Qurum bununla bağlı inkişaf
proqramı hazırlayır.
İnkişaf proqramına Azərbaycanda mövcud olan neft emalı
zavodlarının müasirləşdirilməsi daxildir. Bu prosesin müddəti 42-48
aya qədər olacaq və Azərbaycanda 2018-ci ildən etibarən "Avro 5"
standartlarına uyğun benzin, kerosin, dizel və digər yanacaq
növləri istehsal etmək mümkün olacaq.
Həmin zavodlarda illik 3 mln. ton dizel, 3,4 mln. ton benzin, 350
min ton bitum, 100 min ton maye qaz istehsal etmək mümkün
olacaq.
2018-ci ildən fəaliyyətə başlayacaq müasirləşdirilmiş zavodların
2030-cu ilə qədər istifadə müddəti olacaq
/APA/.