Yuxarı

ARDNF dollardan imtina edir? - Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ARDNF dollardan imtina edir? - Açıqlama

"Fondun valyuta portfelində digər valyutaların həcmi 5 faizdən 10 faizə qaldırılıb ki, bu da təxminən 1,8 milyard ABŞ dollarına bərabərdir".

Bunu Axar.az-a ABŞ-ın "Faynenşl Tayms" (The Financial Times) qəzetində ARDNF haqqında yazılan yazıya aydınlıq gətirən qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəmalə Əliyeva bildirdi. C. Əliyevanın fikrincə, "Faynenşl Tayms"dan tərcümə edilərək Azərbaycan mətbuatında yayılan məlumatda müəyyən yanlışlığa yol verilib:

"Qəzet ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümovdan müsahibə almışdı və müsahibədə qeyd edilən qəzetin jurnalisti tərəfindən "1,8 milyard ABŞ dollarına qədər vəsait Çin yuanına investisiya edilə bilər", deyə qeyd edilmişdi. Lakin bu məsələ bir sıra yerli saytlarda dəqiq tərcümə edilmədən verilib. Müsahibədə də qeyd edildiyi kimi, Fondun valyuta portfelində digər valyutaların həcmi 5 faizdən 10 faizə qaldırılıb ki, bu da təxminən 1,8 milyard ABŞ dollarına bərabərdir. Qeyd edilən bu vəsaitin digər valyutalara, o cümlədən Çin yuanına investisiya edilməsi planlaşdırılır".

Xatırladaq ki, bir sıra media orqanlarında ABŞ-da nəşr olunan "Faynenşl Tayms" qəzetində "Azərbaycan Dövlət Neft Fondu 1,8 milyard dollar məbləğində vəsaiti yuana çevirəcəkdir" sərlövhəli məqalə dərc edilməsi və Azərbaycan Respublikası Dövlət Neft Fondunun təxminən 1,8 milyard dollar məbləğində vəsaiti yuana (Çinin milli valyutasına) çevirməyi planlaşdırması ilə bağlı məlumat yayılıb.

Tarix
2014.06.13 / 18:58
Müəllif
Tural İbadov
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla