Yuxarı

Banklara vahid şərt sistemi tətbiq olunur: Razılaşma

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Banklar Assosiasiyasında (ABA) banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub.

ABA-dan Axar.az-a verilən məlumatda qeyd olunur ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqi məsələlər üzrə Ekspert Qrupunun nəzdində yaradılmış, bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası ilə bağlı İşçi Qrupunun iclası keçirilib. İclasda banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtlərinin ilkin mətni üzərində İşçi Qrupuna üzv olan, müxtəlif bankları təmsil edən hüquqşünasların qeyd və təklifələri müzakirə edilib.

İclas zamanı şərtlərin tətbiq sahəsi dəqiqləşdirilib və ilkin olaraq yalnız istehlak kreditləri üzrə tətbiq ediləcəyi qərarlaşdırılıb.

Müəyyən edilib ki, banklar müştərilərlə bağlayacağı müqavilələrdə konkret kredit məhsulu üzrə, şərtlərin müddəalarına zidd olmayan xüsusi qaydalar və şərtlər barədə razılığa gələ bilərlər. Qanunvericilikdə mövcud olan bir çox anlayışlar mətndən çıxarılıb. Həm bankın, həm də müştərilərin hüquq və vəzifələri dəqiqləşdirilib. Bankların praktikaları nəzərə alınaraq bəzi şərtlər ümumiləşdirilib.

Eyni zamanda, qanunvericilikdə baş vermiş son yeniliklərə uyğun olaraq bəzi müddəalar həmin yeniliklərə uyğunlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Tarix
2018.08.16 / 12:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

Almatı görüşü: İrəvan hələ də cavab verməyib - Bakayev

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla