Yuxarı

Rusiya "Böyük Yeddiliyə" yenidən daxil olur

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya "Böyük Yeddiliyə" yenidən daxil olur

Bazar həcminin inkişaf edən aktiv artım tempinə görə Rusiya ilk "Böyük Yeddiliyə" daxil olub.

Axar.az xəbər verir ki, "Faynenşl Tayms" ("The Financial Times") ekspertlərin dünya iqtisadiyyatının inkişafının perspektivləri haqqında Beynəlxalq Valyuta Fondunun məruzəsini təhlil edib, bu nəticəyə gəldikləri barədə məlumat yayıb.

Yeni "yeddiliyə" Rusiya, Çin, Hindistan və Braziliya daxildir. Meksika, İndoneziya və Türkiyə iqtisadiyyatında da böyük artım olduğu müşahidə edilir. Ümumi həcm 37,8 trilyon dollara bərabərdir. ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyada isə bu göstərici 34,5 trilyon dollar təşkil edir.

Ekspertlərin araşdırmasına görə, dünyada vəziyyət dəyişir, inkişaf edən ölkələr dünyanın 20 ən böyük iqtisadiyyatından 10-a sahib olur. İndoneziya siyahıda doqquzuncu yerə yiyələnməklə, Böyük Britaniyanı da ötüb keçir.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, bu il Çin iqtisadiyyatın həcminə görə liderə çevriləcək.

İqtisadi İnkişaf Nazirliyinin rəsmi proqnozuna əsasən, 2014-cü ilin nəticəsinə görə, Rusiyanın iqtisadiyyatı 0,5 faiz artacaq.

Tarix
2014.10.09 / 20:45
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla