Yuxarı

Türk körfəzində Azərbaycan bayrağı qaldırıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk körfəzində Azərbaycan bayrağı qaldırıldı

Yalovada - İzmit körfəzindəki "Tersan" tərsanəsində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yeni aldığı "Üzeyir Hacıbəyli" və "Natavan" adları verilmiş iki quru yük gəmisində Azərbaycanın dövlət bayrağı qaldırılıb.

Axar.az xəbər verir ki, bu münasibətlə tərsanədə təşkil olunmuş təntənəli mərasimdə Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, gəmiçilik şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Mərasimdə çıxış edən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC–nin sədri Rauf Vəliyev ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılmış böyük uğurlar barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, səhmdar cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan bayrağı altında üzən gəmilərin dünya sularına dönüşünün təmin edilməsidir. Yeni gəmilərin alınması Azərbaycanda gəmi mütəxəssisləri üçün yeni iş yerlərinin yaradılmasına, beynəlxalq yük daşınmalarında dayanıqlı mövqelər əldə edilməsinə, eləcə də dövlət bayrağımızı dünya sularında və beynəlxalq limanlarda dalğalandırmaqla ölkəmizin təbliğinə xidmət edir. Hər birinin dedveyti 5490 ton, uzunluğu 108,3 metr, eni 16,5 metr, suya oturumu 4,79 metr olan gəmilər Qara dəniz, Aralıq dənizi və digər hövzələrdə yükdaşıma əməliyyatlarına cəlb ediləcək.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, "Üzeyir Hacıbəyli" gəmisinin kapitanı Şəmsəddin Mehrəliyev "Tersan" tərsanəsinin meneceri Osman Çalan və başqaları yeni gəmilərin alınması münasibətilə təbriklərini və xoş sözlərini çatdıraraq heyətə uğurlu səfərlər arzuladılar. Çıxışlarda qeyd olundu ki, bu əlamətdar hadisə Azərbaycanın hərtərəfli inkişafının daha bir əyani göstəricisidir.

Hər iki gəmidə dövlət himnimizin sədaları altında Azərbaycan bayrağı qaldırıldı.

Mərasimdə dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən seçmələr səsləndirildi.

Tarix
2014.10.14 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla