Yuxarı

BirKart müştərisi Honda Civic qazandı!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
BirKart müştərisi Honda Civic qazandı!

Kapital Bank BirKart müştəriləri üçün stimullaşdırıcı lotereya keçirirdi. 1 iyun – 1 oktyabr 2019-cu il tarixlərində partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazanırdılar.

Axar.az xəbər verir ki, 9 oktyabr tarixində Gənclik Mall Ticarət Mərkəzində canlı yayımda lotereyanın son tirajı keçirildi və növbəti 16 müştəri qiymətli hədiyyələr, sonda isə bir nəfər əsas hədiyyəni – Honda Civic avtomobilini qazandı. Qaliblərin siyahısı sayta əlavə olunub – www.kapitalbank.az/lotereya.

Lotereya zamanı qaliblə canlı telefon bağlantısı yaradıldı, reklam kampaniyasının siması olan, tədbirdə iştirak edən müğənni Rauf ona avtomobil qazandığını dedi və Gənclik Mall-a dəvət etdi. Bakı sakini Xəyalə Allahverdiyeva ticarət mərkəzinə gəldi və canlı yayımda avtomobil ona təqdim olundu.

“İyun ayında BirKart taksit kartı ilə World Telecom mağazasında taksitlə mobil telefon aldım. Heç vaxt inanmazdım ki, avtomobil udacağam. Bu barədə mənə zəng vurub deyəndə, əvvəlcə mənə belə gəldi ki, bu bir zarafatdır. Gənclik Mall-a gələndə oradakı izdihamı gördüm və anladım ki, həqiqətən qalibəm. Kapital Bank-a belə gözəl fürsətə görə öz minnətdarlığımı bildirirəm və lotereyada hədiyyə qazanan digər qalibləri də ürəkdən təbrik edirəm”, - deyə, Xəyalə xanım bildirdi.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

Tarix
2019.10.10 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla