Yuxarı

Kapital Bank ABA-nın illik toplantısına qatılıb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kapital Bank 27-29 oktyabr 2019-cu il tarixlərində ABŞ-ın Sietl şəhərində keçirilən Amerika Banklar Assosiasiyasının İllik Qurultayında iştirak edib. Tədbirə İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.

Axar.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının müxtəlif banklarını təmsil edən ekspertlərin iştirakı ilə keçirilən illik toplantıda maliyyə xidmətləri sahəsində tendensiyalar, kiber təhlükəsizlik, ödəniş sistemləri, bank sektoru iştirakçılarının qarşısında dayanan problemlər və digər məsələlər ətrafında müzakirələr edilib. Tədbir müddətində həmçinin “Bank işinin rəqəmsal transformasiyas”, “Kiber-risklərin idarə olunması” mövzuları ətrafında diskussiyalar aparılıb, eləcə də digər mövzularda vorkşoplar, panel və ictimai müzakirələr, təqdimatlar həyata keçirilib.

“Cari il ərzində Kapital Bank artıq bir neçə beynəlxalq tədbirlərə - forum, qlobal təşkilatların illik yağıncaqlarına və konfranslara qatılıb. ABA tərəfindən təşkil olunan İllik Qurultayın əsas prioritet istiqamətlərindən biri də informasiya texnologiyaları sahəsində olan yeniliklərlə bağlıdır. Ölkənin birinci bankı olaraq, xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə biz hər zaman müştərilərə innovativ həllər təklif edirik. Hesab edirəm ki, beynəlxalq təcrübədən yararlanmaq imkanı bankın öz ictimai əhəmiyyətli funksiyalarını daha səmərəli yerinə yetirməsinə müsbət təsir göstərəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.

Qeyd edək ki, Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasına üzv seçilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.10.31 / 09:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla