Yuxarı

Baş bankir Prezidentə ölkədəki durumla bağlı hesabat verdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı 2018-2019-cu illərdə uçot dərəcəsini təxminən 2 dəfə azaldaraq 7,5%-ə endirib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.

“Biz bu siyasətin bank faizlərinə təsirini görürük. Məsələn, son 2 ildə biznes kreditlərinin orta illik faiz dərəcəsi 5 faiz bəndi azalaraq 11%-ə düşüb. Amma bu səviyyə bizi qane etmir və faizlərin daha da azalması istiqamətində işləri davam etdirəcəyik”, - deyə o, qeyd edib.

Bundan başqa, baş bankirin sözlərinə görə, ötən il dövriyyədə olan pul kütləsinin həcmi 24% artırılıb:

“Pul siyasətinin yumşaldılması çərçivəsində banklara 2 milyard manatdan çox vəsait verilib ki, onlar bunu kreditləşmə üçün istifadə etsinlər. Ümumilikdə son 3 ildə aşağı inflyasiya, milli valyutanın sabit məzənnəsi, getdikcə azalan xarici borc Azərbaycanın xarici kreditor mövqeyini gücləndirib.

Hazırda bizim xaricdə yerləşdirdiyimiz vəsaitlərin məbləği 100 milyard ABŞ dollarından çoxdur ki, bu da öhdəliklərimizlə müqayisədə 2 dəfə çoxdur. Bu da onu göstərir ki, Azərbaycanda möhkəm makroiqtisadi sabitlik, dayanıqlılıq yaradılıb və iqtisadi inkişafa təsir edir”, - baş bankir qeyd edib.

Tarix
2020.01.13 / 23:05
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla