Yuxarı

"Bütün vasitələrdən istifadə edəcəyik"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bütün vasitələrdən istifadə edəcəyik"

Azərbaycanda kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur.

APA-nın məlumatına görə, bunu Dövlət Televiziyasının (AzTV) efirində Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

"Təbii ki, kəskin devalvasiyanın aparılması ölkədəki iqtisadi agentlərin, sahibkarların, əmanətçilərin (banklara manatla əmanət yatıranlar) mənafelərinə zidd olardı. Başqa ölkələrdən fərqli olaraq, biz bu addımı atmadıq. Birmənalı olarq deyirəm ki, bu addım barədə heç düşünülmür. Bizim əsas məqsədimiz bundan ibarətdir ki, ölkədə iqtisadi artımı stimullaşdıraq, ölkə başçısının dediyi kimi, ixracatı stimullaşdırılması istiqamətində siyasət aparaq. Çevik məzənnə siyasəti də bunun tərkib hissəsidir", - deyə E.Rüstəmov bildirib.

E.Rüstəmov bildirib ki, çevik məzənnə siyasəti idxalı bahalaşdıra bilər. Lakin bu gün Azərbaycanın ərzaq məhsulları üzrə idxaldan asılılığı çox aşağıdır. "Məhz buna görə, biz Azərbaycana inflyasiya idxalını gözləmirik. Ərzaq məhsullarında bahalaşmanın iqtisadi əsası yoxdur", - deyə baş bankir izah edib.

Bununla yanaşı, E.Rüstəmov qeyd edib ki, Azərbaycanda artıq iki aydır ki, dollarlaşma prosesi gedir və bu proses davam edəcək: "Burada qəribə heç bir şey görmürəm. Bu, psixoloji və xarici amillərlə, qonşu ölkələrdə gedən proseslərlə bağlı olan məsələdir. Məsələn, Qazaxıstanda dollarlaşma 70%-i üstələyib. Bunun əsas səbəbi kəskin devalvasiyadır və əhali tərəfindən öz milli valyutalarına olan marağın itirilməsidir".

Ötən il Azərbaycanda inflyasiyanın 1,4% səviyyəsində olduğunu xatırladan AMB rəhbəri deyib ki, cari ildə də ölkədə inflyasiya birrəqəmli olacaq: "Sərəncamımızda olan bütün vasitələrdən istifadə etməklə, buna nail olmağa çalışacağıq".

Tarix
2015.02.17 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla