Yuxarı

Kapital Bank növbəti dəfə Milli KSM mükafatına layiq görüldü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank növbəti dəfə Milli KSM mükafatına layiq görüldü

Kapital Bank Azərbaycanda ikinci ildir keçirilən Milli KSM – 2019 layihəsi çərçivəsində mükafata layiq görülüb. Bu dəfə Kapital Bank-ın 8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində təqdim etdiyi “İtirdiyimiz Qızlar” layihəsi qalib olub. Tədbir bir sıra dövlət və özəl qurumlarının təşkilatçılığı ilə keçirilib.

Axar.az xəbər verir ki, layihə çərçivəsində Kapital Bank, BMT-nin Əhali Fondu (BMTƏF) ilə birgə əməkdaşlığı əks etdirən memorandum imzalayıb. Bununla bağlı sosial mediada bir sıra aktivliklər və Kapital Bank-ın filiallarında, doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına qarşı məlumatlandırma materialları paylanılıb.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan bütün layihələr BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəd əsas götürülərək Komissiya tərəfindən qiymətləndirilib. Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası (AQSİA) və PROAKTİV PR Agentliyinin birgə təşkil etdiyi müsabiqədə layihələr İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ASAN Xidmət, ABAD Publik Hüquqi Şəxs, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər Təşkilatları Milli Şurası, o cümlədən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası rəsmiləri tərəfindən kriteriyalara müvafiq dəyərləndirilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2020.01.27 / 10:09
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla