Yuxarı

"Qarabağ"a qarşı əlimdən gələni edəcəyəm - Siç

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"a qarşı əlimdən gələni edəcəyəm - Siç

"Dinamo" (Kiyev, Ukrayna) "Qarabağ"a qarşı ən yaxşı oyununu göstərməyə hazırdır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ukrayna təmsilçisinin yeni transferi Aleksey Siç sözügedən matçdan öncə keçirilən mətbuat konfransında deyib.

"Əlbəttə, PAOK-a məğlubiyyət üzücü oldu. Amma qarşımıza qoyduğumuz məqsədə doğru irəliləməyə davam edirik. Komandada əhval-ruhiyyə yaxşıdır, döyüşkəndir. "Qarabağ"a qarşı ən yaxşı oyunumuzu göstərməyə hazırıq. Komandaya uyğunlaşmışam. Heyətdə yer alan futbolçuların bir çoxunu Ukrayna millisindən tanıyırdım. "Qarabağ"la matçda özümü ən yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəyəm", - Siç bildirib.

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" - "Qarabağ" matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Tarix
2026.08.05 / 21:29
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla