Yuxarı

SOCAR-ın Rusiya səhmləri təhlükədə: Vaxt bitir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"SOCAR və Dövlət Neft Fondunun özünə aid əmlaklarını satmasına ehtiyac yoxdur".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov söyləyib. O, rublun qiyməti ucuzlaşan zaman VTB bankının Azərbaycandan mənfəət götürə bilmədiyini deyib:

"Dövlət Neft Fondu və SOCAR öz investisiya istiqamətlərinin şaxələnməsi ilə bağlı vəsaitlərinin bir qismini Rusiya, eləcə də Türkiyəyə və digər ölkələrin bazarlarına yönəltdilər. Xüsusilə bu proses 2012 və 2013-cü illərdə daha geniş vüsət aldı. Şaxələnmə yaxşıdır, amma fond və SOCAR tərəfindən investisiyaların inkişafda olan ölkələrə yatırılması risk yaradırdı. Biz o zamanda qeyd etmişdik ki, Rusiya bazarına daxil olmaq, o cümlədən VTB bankının səhmlərini almaq müəyyən bir risk formalaşdırır. O baxımdan bu risk əslində elə investisiya qoyuluşları olan zaman baş vermişdi. Bu gün risk daha ciddi və aktualdır. Əmlakın qiyməti azaldı, həmçinin VTB bankının müflis olma mərhələsinə gəlməsinə qədər çıxdı. Bu da daha çox rublun dəyərinin azalması ilə bağlı idi. Əslində, maraqlıdır ki, rublun qiyməti aşağı düşdüyü zaman həmin bank Bakıda belə kreditləri rublla verir və dollara konvertasiya etmirdi. Bu əslində VTB-nin doğru olmayan investisiya siyasəti ilə bağlıdır. Çünki orada düşünürdülər ki, rublun qiyməti aşağı düşsə də, bu, müvəqqəti xarakter daşıyacaq. Təbii ki, bu baş vermədi. Buna görə də VTB nəinki Rusiya, hətta qonşu ölkələr və Azərbaycanda praktik olaraq mənfəət əldə edə bilmədi. Bu da ona gətirib çıxarır ki, VTB və ona daxil olan bəzi qurumlar müflisləşmə təhlükəsi ilə üz-üzə qalıblar. VTB isə həmin müflisləşmənin rəsmiləşdirilməsi ilə bağlı artıq məhkəmlərə müraciət edir".

İqtisadçı SOCAR və Dövlət Neft Fondunun əlində olan səhmlərini satmasına ehtiyac yarandığını bildirib:

"Belə olan halda Dövlət Neft Fondu əslində nə etməlidir? Əslində, fond hesab edirdi ki, Rusiyada vəziyyət stabilləşəcək. Proseslər göstərir ki, hazırkı vəziyyət səhm sahiblərinin xeyrinə inkişaf etmir. Rusiyada durğunluq davam edir və bankların müflisləşməsi gedir. Əmlakla bağlı elə də böyük problem yoxdur. Bir az sonra hətta Rusiya bazarında əmlakın qiymətinin qalxacağı gözlənilir. İndiki halda fondun və SOCAR-ın əlində olan əmlakları satmasına ehtiyac yoxdur. Əsasən səhmlərlə bağlı qərarın verilməsi lazımdır. Fond səhmlərin qiymətinin aşağı düşməsindən itirir. Hesab edirəm ki, fondun müəyyən aylar deyil, həftələrlə gözləmək imkanı var. Bir neçə həftə müşahidə etdikdən sonra həmin səhmlərin satılmasına ehtiyac var. Əgər bu proseslər VTB-nin müflisləşməsinə gətirib çıxaracaqsa, indiki halda səhmlərin satılması daha çox arzuolunandır. Əks təqdirdə vəziyyət belə davam etsə, o zaman səhmlər daha çox ucuzlaşacaq. Hazırda Azərbaycanın vəsaitlərinin batması arzuolunan deyil. Səhmlərin satılması ilə bağlı çox az vaxtımız qalıb. Praktik olaraq növbəti həftələrdə həmin səhmlərin taleyi ilə bağlı qərarımızı artıq verməliyik ki, daha ciddi itkilərlə üzləşməyək".

Tarix
2015.02.18 / 09:19
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla