Yuxarı

Endirimli IBA Miles kartları ilə pulsuz səyahət et!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Endirimli IBA Miles kartları ilə pulsuz səyahət et!

Müştərilərin bank xidmət və məhsullarından onlayn şəkildə istifadə təcrübəsini inkişaf etdirmək üçün müxtəlif həllər düşünən Azərbaycan Beynəlxalq Bankı bu məqsədlə yeni kampaniya elan edib. Bankın bazara yenicə təqdim olunmuş IBA Miles kartlarını kampaniya müddətində onlayn sifariş verən müştərilər bu kartları 30% endirimlə alacaqlar. Kampaniya sentyabrın 14-dək davam edəcək. IBA Miles kartlarını buradan onlayn sifariş vermək olar.

Axar.az xəbər verir ki, IBA Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. IBA Miles kartları müştəriyə hər ödənişdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. IBA Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Millərin hesablanması qaydaları ilə buradan tanış olmaq mümkündür. Sifariş edilmiş IBA Miles Premium kartlarını seçimindən asılı olaraq Bank müştərinin ünvanına çatdırır. IBA Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər.

IBA Miles kartlarının şərtləri digər bankların eyni məhsullarından daha sərfəlidir. Kartdan istifadə müddəti 3 ildir. Azərbaycan Beynəlxalq Bankının ATM-lərində IBA Miles kartları ilə nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur. Kart SMS xəbərdarlıq sisteminə pulsuz qoşulur. Bankın mobil tətbiqində mil balansını yoxlamaq olur. “QayğıCash proqramı” çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla aparılmış hər ödəniş kəşbək faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məsafədən xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Tarix
2020.09.01 / 13:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı azalıb

Prezident Daramber Qoxul ilə görüşdü

Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb

WUF13-ün məhz Azərbaycanda keçirilməsi bunu göstərir

WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə...

Bakı buna səmimi marağını nümayiş etdirir - Bayramov

Qarabağın bərpası qürur duyulacaq bir nümunədir

Prezident İqor Sergeyenkonu qəbul etdi - Foto

Bakı ilə razılaşmışıq, burada da kommersiya sirri var - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla