Yuxarı

Ölkəmiz bundan 100 milyard qazanacaq - İqtisadçı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmiz bundan 100 milyard qazanacaq - İqtisadçı

Azərbaycan Dünya Bankının “Doing Business” hesabatına görə, dünyada ən çox islahat aparan 10 ölkədən biridir. Biz praktik olaraq hesabatda ilk 30-luğa daxil oluruq. Bu, həm hesabatın, həm də bir çox indiqatorun göstəricilərinə görə inkişaf etmiş ölkələrlə müqayisədə çox yaxşı nəticədir.

Bu sözləri Axar.az-a millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə haqda danışarkən deyib.

O xatırladıb ki, ölkə başçısı ötən ilin iqtisadi göstəricilərindən danışarkən bir çox məsələlərə toxunub:

“ 2020-ci il ölkə iqtisadiyyatında əsas xarici faktor pandemiya və onun təsirləri idi. Pandemiya qlobal və milli səviyyədə iqtisadiyyata təsir göstərdi. 2020-ci ildə ölkə iqtisadiyyatı 4 faiz azaldı. Bu azalmanı məqbul hesab etmək olar. Çünki qeyri-neft sektorunda 11 faizdən çox bir artım müşahidə olundu. Digər tərəfdən isə iqtisadiyyatda yaşanan azalma tempi həm region, həm də dünya üzrə ortalama temp ilə müqayisədə daha aşağıdır”.

Ekspertin sözlərinə görə, Azərbaycan pandemiyanın təsirlərini minimallaşdırmaq üçün çevik reaksiya göstərdi:

“2020-ci ildə reallaşan sosial paket 4 milyon vətəndaşımızı əhatə etdi. Azərbaycan hökuməti iqtisadi paket çərçivəsində biznesə, o cümlədən muzdla işləyən vətəndaşlarımıza dəstək nümayiş etdirdi. Eləcə də 2020-ci ildə tarixi məqamlardan biri də o oldu ki, Azərbaycan mavi qazının Avropa bazarına nəqli reallaşdı. TAP boru kəmərinin istifadəyə verilməsi Azərbaycanın strateji mövqeyini bir az da artırdı. Bu layihə həm də ölkəmizin əldə edəcəyi qazancı da artıracaq.

Azərbaycan Cənub Qaz Dəhlizi vasitəslə Türkiyəyə ildə 7 mlrd. kubmetr, Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə isə 20 mlrd. kubmetr qaz nəql edəcək. Bu, ölkəmizə gələcəkdə 100 mlrd. dollar gəlirin gəlməsinə şərait yaradacaq. Bu hadisə Azərbaycanda növbəti il üçün strateji əhəmiyyət daşıyır”.

Tarix
2021.01.08 / 09:07
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bakı müharibəni bitirmək istədi, Paşinyan razı olmadı - Köçəryan

Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...

F-16-ların göyərtəsindən Bakı belə görünür - Video

İlham Əliyevin güclü liderliyinin göstəricisi... - Ərdoğan

Azərbaycan razılıq verərsə, görüş olar... - Uraloğlu

Ceyhun Bayramov Azərbaycan xalqını təbrik etdi

Eşq olsun Azərbaycan bayrağına! - Prezident

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi

Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla