Yuxarı

FES-dən yeni qərar: dollar bahalaşacaq? - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
FES-dən yeni qərar: dollar bahalaşacaq? - Ekspert

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) Ağ Evdə yeni administrasiyanın işə başlamasından sonra keçirilən ilk iclasında uçot dərəcəsinin 0-0,25 faiz səviyyəsində sabit saxlanılması barədə qərar qəbul edib. Okeanın o tayında siyasi gərginliyin səngiməsi, yeni administrasiyanın elan etdiyi iqtisadi təşəbbüslər və pandemiyanın lokallaşacağı ilə bağlı nikbinlik fonunda qlobal valyuta bazarında stabilləşmə müşahidə olunur.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

O bildirib ki, 2020-ci ilin ikinci yarısından etibarən səbət valyutalara, eləcə də avroya nisbətən dəyər itirən dolların məzənnəsində aparıcı pullara nisbətən cüzi də olsa möhkəmlənmə qeydə alınıb:

“Son proseslər göstərir ki, bir sıra beynəlxalq araşdırma qurumlarının bədbin proqnozlarına baxmayaraq, dolların səbət valyutalara nisbətən kəskin dəyər itirəcəyi gözlənilmir. Hətta ABŞ-da 900 milyard dollarlıq yardım paketinin təsdiqi də dolların kəskin ucuzlaşmasına səbəb olmadı. İnkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dolların ucuzlaşması inandırıcı deyil. Yenə də qlobal ehtiyatların 60 faizindən çoxu ABŞ dollarında saxlanılır. Emissiyanın hansı məbləğdə olmasından asılı olmayaraq, qlobal bazarda investorların dollara inamı yüksəkdir.

Azərbaycan Mərkəzi Bankı manatın dollara nisbətən mövcud məzənnəsini qoruyub saxlamağı hədəfləyir. Mərkəzi Bankın mövqeyi manatın məzənnəsinin müəyyənləşdirilməsində həlledicidir. 2021-ci ildə də manatın aparıcı valyutalara nisbətən məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Son günlərədək dolların avroya nisbətən dəyərində azalmalar müşahidə olunsa da, bütövlükdə region ölkələri üçün bahalı valyuta ixracı imkanları baxımından sərfəli hesab olunmur. Bu baxımdan, 2021-ci ildə regionda milli valyutaların dollara nisbətən möhkəmlənməsi güman edilmir”.

Tarix
2021.01.28 / 11:27
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla